Helikopter qəzasında ölən basketbolçunun geyindiyi ilk forma rekord qiymətə satılıb
Komanda
- 26 aprel, 2025
- 17:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-ci ildə helikopter qəzasında 13 yaşlı qızı Gianna ilə birlikdə həyatını itirən Milli Basketbol Assosasiyası (NBA) təmsilçisi "Los Anceles Leykers"in sabiq oyunçusu Kobe Brayantın geyindiyi ilk forma rekord qiymətə satılıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, "Sotheby's" hərrac evi tərəfindən satışa çıxarılan forma 7 milyon dollara alınıb.
K.Brayant bu formanı 1996/1997 mövsümündə, 18 yaşında meydana çıxdığı ilk oyununda geyinmişdi. Basketbolçu ilk matçında cəmi 6 dəqiqə meydanda olmuş və xal qazanmamışdı.
Qeyd edək ki, bu, sabiq beysbolçu Beyb Rut, basketbolçu Maykl Cordan və argentinalı əfasanəvi futbolçu Dieqo Maradonanın formasından sonra satılan dördüncü ən bahalı idman geyimi olub.
Son xəbərlər
14:54
Mehriban Əliyeva və qızları Vyetnam mədəniyyətinə hörmət əlaməti olaraq rəsmi nahara bu ölkənin milli geyimlərində qatılıblar
Xarici siyasət
14:54
Alman şirkətləri Azərbaycanda dayanıqlı turizm sahəsindəki imkanları araşdıracaq
Turizm
14:53
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır
Xarici siyasət
14:50
"Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçirib
Futbol
14:47
Foto
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Xarici siyasət
14:47
Fransada daşqınlar səbəbindən 800 nəfər təxliyə edilib
Digər ölkələr
14:45
Vüqar Bayramov: "Rəqəmsal İnkişaf Şurası Azərbaycanın elektron hökumət imkanlarını genişləndirir"
İKT
14:40
Oğuzun iki kəndini birləşdirən yol təmir olunacaq
Daxili siyasət
14:25
Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib
Region