Güləşçilərimizdən Avropa çempionatında 1 qızıl, 2 bürünc - YENİLƏNİB - FOTO

Güləşçilərimizdən Avropa çempionatında 1 qızıl, 2 bürünc - YENİLƏNİB - FOTO Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Komanda
11 Fevral , 2020 23:08
Güləşçilərimizdən Avropa çempionatında 1 qızıl, 2 bürünc - YENİLƏNİB - FOTO

Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusu məğlubiyyətə uğradıb - 6:2.

Beləliklə, Azərbaycan millisi günü 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, İslam Abbasov Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə belaruslu Kiril Maskeviçi 3:2, 1/8 finalda polşalı Arkadiuş Kuliniçi 3:1, 1/4 finalda bolqarıstanlı Tarek Mohammed Abdelsalamı 4:3 (tuşe) hesabı ilə yendiyi halda, yarımfinalda macarıstanlı Viktor Lorintsə uduzub - 1:6.


***22:40

Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov qızıl medala yiyələnib. 

O, finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub.

Süleymanov mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə Bolqarıstanı təmsil edən erməni Aik Mnatsakanyanı 5:3, 1/8 finalda italiyalı Matteo Maffetsolini 7:0, 1/4 finalda yunanıstanlı Georgios Prevolarakisi 6:4 (tuşe) və yarımfinalda ermənistanlı Karapen Çalyanı 3:0 hesabı ilə yenib.

Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq çəkidə bürünc medala sahib olub.


21:46***

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan qitə və dünya çempionu 3-cü yer uğrunda görüşdə italiyalı Covanni Frenini vaxtından əvvəl təmiz qələbə ilə yenib - 9:0. 

Bu qalibiyyət üçün Əzizliyə 1 dəqiqə 6 saniyə lazım gəlib.

Əzizli mübarizəyə 1/4 final mərhələsindən başlayıb. O, ilk görüşündə Ermənistan təmsilçisi Rudik Mrktçyanı məğlub edib - 7:1. Növbəti görüşündə isə azərbaycanlı pəhləvan Bolqarıstandan olan Edmond Armen Nazaryana uduzub - 5:7.

Son xəbərlər

Orphus sistemi