Yuxarı

Futzal üzrə dünya çempionatına start verilir

Açılış oyununda Kuba və Misir futzalçıları qarşılaşacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatına start veriləcək. "Report"un məlumatına görə, Azərbaycan millisinin tarixində ilk dəfə qatıldığı mundialın açılış oyununda Kuba və Misir futzalçıları üz-üzə gələcəklər. 

Futzal azarkeşləri qrup mərhələsində hər gün 4 oyun izləyə biləcəklər.

Azərbaycan millisi F qrupunda İran, Mərakeş və İspaniya yığmaları ilə mübarizə aparacaq. Yığma ilk oyununu sentyabrın 13-də Mərakeşə qarşı keçirəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 03:00-da səslənəcək. İkinci oyun ayın 16-da İspaniyaya, qrupun son görüşü isə 3 gün sonra İrana qarşı olacaq.

Ümumilikdə 24 komanda 6 qrupda mübarizə aparacaq. Qrupda ilk iki pilləni tutanlar və ən yaxşı üçüncü yerin sahibi olacaq 4 komanda 1/8 finala vəsiqə qazanacaq. Qrup oyunları sentyabrın 18-dək davam edəcək. Bir günlük istirahətdən sonra mundialın 1/8 final oyunları keçiriləcək. Dünya çempionatının qalibi oktyabrın 1-də müəyyənləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi