Əfqanıstan Bakıda keçiriləcək İslam Oyunlarına hazırlaşır

Əfqanıstan Bakıda keçiriləcək İslam Oyunlarına hazırlaşır Rabbani: "İslam Həmrəyliyi Oyunları böyük hadisədir və bütün müsəlman ölkələri son iki ildə yarışa hazırlaşır"
Komanda
22 Dekabr , 2016 10:56
Əfqanıstan Bakıda keçiriləcək İslam Oyunlarına hazırlaşır

Bakı. 22 dekabr. REPORT.AZ/ Əfqanıstan gələn ilin may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlaşır.

"Report" "TOLONews" portalına istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Məhəmməd Zahir Aqbar Kabildə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əfqanıstanlı idmançılar 15 idman növündə çıxış edəcəklər.

"Bu dəfə Əfqanıstan yarışda daha hazırlıqlı iştirak edəcək və yaxşı nəticələr qazanacaq. Ən yaxşı idmançıların seçilməsi və onların problemlərinin həll edilməsi üçün komissiya yaratmışıq", - deyə M.Z.Aqbar vurğulayıb.

Öz növbəsində atletlər komissiyasının rəhbəri Qulam Rabbani Rabbani İslam Həmrəyliyi Oyunlarının böyük hadisə olduğunu və bütün müsəlman ölkələrinin son iki ildə yarışa hazırlaşdığını bildirib.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçirilən çoxmillətli, çoxnövlü idman tədbiridir. İslam Həmrəyliyi Oyunları Federasiyasının (ISSF) tərəfindən təşkil edilən yarışda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. Xatırladaq ki, ilk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Sayca dördüncü yarış 2017-ci ilin may ayında Bakıda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi