Dünya Robot Çempionatının Azərbaycan üzrə seçmə mərhələsinin qalibləri müəyyənləşib

Dünya Robot Çempionatının Azərbaycan üzrə seçmə mərhələsinin qalibləri müəyyənləşib Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Technest” təqaüd proqramının dəstəyi, Azərbaycan Robotexnika Mühədisliyi və “WRC Azərbaycan”ın təşkilatçılığı ilə yeniyetmə və gənclər
Komanda
14 İyun , 2024 20:11
Dünya Robot Çempionatının Azərbaycan üzrə seçmə mərhələsinin qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Technest” təqaüd proqramının dəstəyi, Azərbaycan Robotexnika Mühədisliyi və “WRC Azərbaycan”ın təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında Dünya Robot Çempionatının Azərbaycan üzrə seçmə mərhələsi keçirilib.

"Report" xəbər verir ki, Bakı İdman Sarayında baş tutan çempionata ümumilikdə 250-dən çox yeniyetmə və gənc robot döyüşü, dron, aviamodelizm, innovasiya, robot futbolu, eləcə də məktəbli kateqoriyasının dron futbolu və dron tic-tac-toe kateqoriyalar üzrə mübarizə aparıb.

Hakimlər heyəti tərəfindən hər kateqoriya üzrə qaliblər müəyyən edilib və mükafatlandırılma mərasimi keçirilib.

Qaliblər cari ilin avqust ayında Hindistanın paytaxtı Yeni Delhi şəhərində keçiriləcək Dünya Robot Çempionatının finalında ölkəmizi təmsil edəcəklər.

Son xəbərlər

Orphus sistemi