Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında təşkil edilən dünya çempionatında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, yığma D qrupundakı ikinci matçında Nigeriya seçməsi ilə üz-üzə gəlib.
İlk turda ev sahiblərinə uduzan Azərbaycan yenə məğlubiyyətlə üzləşib. Görüş Afrika təmsilçisinin 35:17 hesablı qələbəsi ilə başa çatıb.
Milli komanda qrupdakı son oyununda Qvatemala ilə qarşılaşacaq.
Qeyd edək ki, mundiala aprelin 30-da yekun vurulacaq.