Yuxarı

Danimarkalı basketbolçu evində ölü tapılıb

İdmançının cəsədi klub əməkdaşları tərəfindən aşkarlanıb

Bakı. 14 may. REPORT.AZ/ Belçikanın "Şarlerua" basketbol klubunun üzvü Rasmus Larsen evində ölü tapılıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 20 yaşlı mərkəz oyunçusu "Ostende" ilə ölkə çempionatının pley-off mərhələsində keçiriləcək qarşılaşmadan öncə dünyasını dəyişib.

Danimarkalı basketbolçu oyunöncəsi iclasda iştirak etməyib. Bundan sonra klubun əməkdaşları Larsenin evinə yollanıb və xoşagəlməz mənzərə ilə qarşılaşıblar.

Hadisə nəticəsində "Ostende" ilə baş tutacaq qarşılaşmanın keçirilmə vaxtı dəyişdirilib.

Qeyd edək ki, bu, Belçikada son bir həftədə baş vermiş 3-cü idmançı ölümü hadisəsidir. Rasmu Larsendən əvvəl Belçika "Lokeren"inin futbolçusu Qreqori Mertens və "Bersxot Vilreyk" komandasının oyunçusu Tim Nikot infarkt nəticəsində dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi