"Cüdo TV" gənclərin Bakı şəhər açıq birinciliyindən süjet hazırlayıb - VİDEO

"Cüdo TV" gənclərin Bakı şəhər açıq birinciliyindən süjet hazırlayıb - VİDEO Süjetdə yarışın ən maraqlı anları öz əksini tapıb
Komanda
16 Yanvar , 2017 00:23
Cüdo TV gənclərin Bakı şəhər açıq birinciliyindən süjet hazırlayıb - VİDEO

Bakı. 16 yanvar. REPORT.AZ/ "Cüdo TV" gənclərin Bakı şəhər açıq birinciliyindən maraqlı anları özündə əks etdirən süjet hazırlayıb.

"Report" xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə keçirdiyi gənclərin açıq paytaxt birinciliyində 200 cüdoçu mübarizə aparıb.

Yarış cüdoda qəbul edilən yeni qaydalarla keçirilib. "Sərhədçi" Olimpiya İdman Mərkəzində iki gün davam edən yarışın mükafatçıları və perespektivli cüdoçular gələn ay baş tutacaq respublika birinciliyinə vəsiqə qazanıblar. Tanınmış cüdo mütəxəssisləri, məşqçilər "Cüdo TV" yə verdikləri müsahibələrdə Bakı şəhər açıq birinciliyinin təşkilatçılığını, gənc cüdoçuların ustalığını yüksək qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi