Ceyhun Həsənli "Şəki" basketbol komandasnın baş məşqçisi təyin olunub

Komanda
  • 05 noyabr, 2026
  • 12:38
Ceyhun Həsənli Şəki basketbol komandasnın baş məşqçisi təyin olunub

"Şəki" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Ceyhun Həsənli Azərbaycan Basketbol Liqası 2-də çıxış edəcək komanda ilə anlaşıb.

Qeyd edək ki, Şəki basketbolunun yetirməsi olan C.Həsənli ötən mövsüm "Şəki"də türkiyəli baş məşqçi Bedri Meriçin köməkçisi olub.