Cənubi Koreya prezidenti 2018-ci ildə keçiriləcək Olimpiya Oyunlarında təhlükəsizliyə zəmanət verib

Cənubi Koreya prezidenti 2018-ci ildə keçiriləcək Olimpiya Oyunlarında təhlükəsizliyə zəmanət verib Mun Çje İn: "Biz gözəl anlayırıq ki, Koreya yarımadası səbəbindən BOK və bütün dünyada müəyyən problemlər yaranır"
Komanda
20 Sentyabr , 2017 13:03
Cənubi Koreya prezidenti 2018-ci ildə keçiriləcək Olimpiya Oyunlarında təhlükəsizliyə zəmanət verib
AP Photo / Jung Yeon-Je/Pool

Bakı. 20 sentyabr. REPORT.AZ/ Cənubi Koreya prezidenti Beynəlxalq Olimpiya Komitəsinə (BOK) zəmanət verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Mun Çje İn gələn il Pxençyan şəhərində keçiriləcək Olimpiya Oyunları zamanı təhlükəsizliyin təmin ediləcəyini bildirib. 

"Biz gözəl anlayırıq ki, Koreya yarımadası səbəbindən BOK və bütün dünyada müəyyən problemlər yaranır. Lakin Oyunların uğurla keçirilməsi təhlükəsizlik məsələlərinə dair narahatçılığı aradan qaldıracaq və regionda sülhün hökm sürdüyünü göstərəcək", - prezident deyib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 2018-ci il fevralın 9-dan 25-dək Pxençyan şəhərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi