Buxarestdə voleybol üzrə Çempionlar Liqasının “Dördlər finalı” start götürür

Buxarestdə voleybol üzrə Çempionlar Liqasının “Dördlər finalı” start götürür Yarışda Türkiyənin iki voleybol komandası mübarizə aparır
Komanda
5 May , 2018 06:51
Buxarestdə voleybol üzrə Çempionlar Liqasının “Dördlər finalı” start götürür

Buxarest. 5 may. REPORT.AZ/ Bu gün Rumıniyanın paytaxtı Buxarestdə qadınlar arasında voleybol üzrə Çempionlar Liqası yarışlarının “Dördlər finalı”na start veriləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, paytaxtın “Polivalenta” idman sarayında təşkil olunacaq yarışın təqviminə əsasən, Bakı vaxtı ilə saat 17:00-da meydana ilk yarımfinal cütlüyü çıxacaq.

İstanbulun “Vakıfbank” komandası İtaliyanın “Konelyano” kollektivini sınağa çəkəcək. Günün digər yarımfinal qarşılaşması isə meydan sahibləri “Alba Blaj” və İstanbulun digər təmsilçisi “Qalatasaray” kollektivləri arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Hər iki yarımfinal cütlüyünün qalibi “Dördlər finalı”nın sabah təşkil olunacaq final oyununa vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi