Bu gün voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçiriləcək

Bu gün voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçiriləcək Oyunlar Bakı, Göygöl və Tbilisidə keçiriləcək
Komanda
23 Sentyabr , 2017 11:20
Bu gün voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçiriləcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçiriləcək. 

"Report"un məlumatına görə, A qrupunda yer alan Azərbaycan və Almaniya milli komandaları istirahət edəcəklər. Əvəzində bu qrupda II turun Polşa - Macarıstan görüşü baş tutacaq.

Qarşılaşma Milli Gimnastika Arenasında oynanılacaq. İlk turda Polşa Almaniyanı 3:2 hesabı ilə məğlub edibsə, Macarıstan Azərbaycana uduzub - 0:3.

Bu arenada ilk görüş C qrupunda Bolqarıstan və Ukrayna milliləri arasında olacaq. Günün son oyununda isə Türkiyə və Rusiya milliləri üz-üzə gələcək. "Ay-ulduzlular"la Bolqarıstan çempionatda ilk matça çıxacaqlar. Rusiya isə ilk turda Ukraynanı çətinliklə məğlub edib - 3:1.

Göygöl Olimpiya Kompleksində D qrupunun II tur qarşılaşmaları oynanılacaq. Əvvəlcə Çexiya Belçikanı, ardından Serbiya Hollandiyanı sınağa çəkəcək. İlk turda Serbiya Çexiyaya 3:0, Hollandiya Belçikaya 3:1 hesabı ilə qalib gəlib.

Nəhayət, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan B qrupunda da II turun oyunları keçiriləcək. Gürcüstan Xorvatiyanı, İtaliya Belarusu sınağa çəkəcək. İlk turda İtaliya Gürcüstana 3:0, Belarus Xorvatiyaya 3:2 hesabı ilə qalib gəlib.

Avropa çempionatı, II tur

23 sentyabr

A qrupu

18:00. Polşa - Macarıstan

Milli Gimnastika Arenası

Xal durumu: Azərbaycan - 3, Polşa - 2, Almaniya - 1, Macarıstan - 0.

B qrupu

18:00. Gürcüstan - Xorvatiya

21:00. İtaliya - Belarus

Tbilisi, Yeni İdman Sarayı

Xal durumu: İtaliya - 3, Belarus - 2, Xorvatiya - 1, Gürcüstan - 0.

C qrupu

15:30. Bolqarıstan - Ukrayna

20:30. Türkiyə - Rusiya

Milli Gimnastika Arenası

Xal durumu: Rusiya - 2, Ukrayna - 1, Bolqarıstan - 0, Türkiyə - 0

D qrupu

17:00. Çexiya - Belçika

20:00. Serbiya - Hollandiya

Göygöl Olimpiya Kompleksi

Son xəbərlər

Orphus sistemi