Bunlar "Rabitə", "Azəryol", "Lokomotiv", "Azərreyl" və "Telekom" klublarıdır. "İqtisadçı"nın fəaliyyətini dayandırmasından sonra 6-cı komanda qismində çempionata yeni yaradılan "Turan"ın da qoşulacağı gözlənilir. Amma yeni klub ilk turda meydana çıxmayacaq. Bu məsələyə Azərbaycan Voleybol Federasiyasında baxıldıqdan sonra debütantın çempionata qoşulub-qoşulmamasına dair qərar qəbul olunacaq.
Beləliklə, ilk turda 2 görüş keçiriləcək. Bu gün saat 17:00-da "Rabitə" və "Azərreyl" komandaları üz-üzə gələcəklər. Görüş Gənclik Olimpiya Kompleksində baş tutacaq. Noyabrın 2-də saat 18:00-da isə "Azəryol" və "Lokomotiv" arasında görüş olacaq. Matç "Azəryol" İdman Kompleksində baş tutacaq.
Qeyd edək ki, komandaların sayı tək olduğundan, ilk turda "Telekom" istirahət edəcək.