Yuxarı

​Bəhreyn Bakıda Formula-1 mərhələsinin təşkilində Azərbaycana köməklik göstərəcək

Bəhreyn marşalları könüllülər qismində Bakıya gələcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bəhreyn 2016-cı ildə Bakıda Formula-1 mərhələsinin təşkilində Azərbaycana köməklik göstərəcək.

"Report" BNA-ya istinadən xəbər verir ki, yarışların təşkilində köməklık göstərən marşallar komandası  könüllülər qismində Bakıya gələcək.

Bu barədə danışan Bəhreyn Olimpiya Komitəsinin baş katibi Abdulrahman Əl-Askar deyib ki, bu 2004-cü ildə Formula-1 yarışına ev sahibliyi etmək hüququ qazandıqdan sonra  Bəhreynin ilk qələbəsidir.

Qeyd edək ki,"Formula-1" yarışlarının Avropa Qran-prisi 2016-cı ilin iyulunda Bakıda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi