Basketbol üzrə 23-cü Azərbaycan çempionatının dördüncü turunun oyunları keçirilib

Basketbol üzrə 23-cü Azərbaycan çempionatının dördüncü turunun oyunları keçirilib Hesabında 8 xal olan “Bakı” və “Baku Oilers” komandaları turnir cədvəlinin 1-2-ci pillələrində qərarlaşıb
Komanda
21 Noyabr , 2015 19:32
Basketbol üzrə 23-cü Azərbaycan çempionatının dördüncü turunun oyunları keçirilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının dördüncü turunun oyunları keçirilib.

Çempionatın dördüncü turunda “Baku Oilers” komandası BDU-ya 89:53, AZTOP klubu “Dərviş”ə 59:54, NTB “Araz”a 72:56, “Bakı” kollektivi isə “Sıçrayış”a 80:70 hesabı ilə qalib gəlib.

Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.

Hesabında 8 xal olan “Bakı” və “Baku Oilers” komandaları turnir cədvəlinin 1-2-ci pillələrində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi