Bakıda keçiriləcək həndbol üzrə Avropa çempionatının açılış mərasiminin vaxtı müəyyənləşib

Bakıda keçiriləcək həndbol üzrə Avropa çempionatının açılış mərasiminin vaxtı müəyyənləşib 17 yaşadək həndbolçu qızlar arasında Bakıda keçiriləcək Avropa çempionatının açılış mərasiminin vaxtı müəyyənləşib.
Komanda
1 Avqust , 2023 13:50
Bakıda keçiriləcək həndbol üzrə Avropa çempionatının açılış mərasiminin vaxtı müəyyənləşib

17 yaşadək həndbolçu qızlar arasında Bakıda keçiriləcək Avropa çempionatının açılış mərasiminin vaxtı müəyyənləşib.

“Report”un məlumatına görə, avqustun 5-də təşkil olunacaq tədbir saat 17:15-də başlayacaq.

Mərasimin ardından Azərbaycan millisi qrupdakı ilk oyununda Gürcüstanla qarşılaşacaq. Ertəsi gün rəqib Sloveniya, avqustun 7-də Bosniya və Herseqovina, 9-da isə Litva olacaq. Bütün matçlar saat 18:00-da start götürəcək.

Avqustun 12-də 9-10-cu, 5-8-ci yerlər uğrunda görüşlər və yarımfinal oyunları reallaşacaq. Ertəsi gün 7-8-ci, 5-6-cı və 3-4-cü yerlər uğrunda mayçlar baş tutacaq. Həmin gün saat 18:00-da final qarşılaşması ilə yarışa yekun vurulacaq.

Qeyd edək ki, avqustun 5-dən 13-dək Bakı İdman Sarayında keçiriləcək Avropa çempionatında, həmçinin, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları yığmaları da mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi