Yuxarı
    Bağlamaq

    Bakıda aprel döyüşlərinə hərs edilmiş cüdo üzrə beynəlxalq yarış keçirilib

    Gürcüstan millisi rəqibinə qalib gələrək aprel döyüşlərinə hərs edilmiş cüdo üzrə beynəlxalq komanda yarışının qalibi adını qazanıb

    Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı İdman Sarayında aprel döyüşlərinə hərs edilmiş 21 yaşa qədər cüdoçular arasında beynəlxalq komanda yarışı keçirilib. 

    Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, 101 idmançının (82 oğlan, 19 qız) iştirak etdiyi beynəlxalq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparıb.

    “Aran-Qarabağ”, “Gəncə”, “Judo 2012”, “Masallı”, “Neftçi İdman Klubu” İB, “Qəbələ”, “Sumqayıt”, “Şimal Qərb” zonası, Bakı UGİM-11, İOEUGİM-13 klubları ilə yanaşı Rusiya və Gürcüstan millisi də mötəbər turnirin iştirakçısı olub.

    Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda “Neftçi İdman Klubu” və Rusiya yığması 3-cü olub.

    Final qarşılaşmalarından əvvəl yarışın açılış mərasimi keçirilib.

    Həlledici görüşdə isə Gürcüstan millisi ilə “Judo 2012” komandası qarşılaşıb. Gürcüstan millisi rəqibinə qalib gələrək aprel döyüşlərinə hərs edilmiş cüdo üzrə beynəlxalq komanda yarışının qalibi adını qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi