Yuxarı

​"Azəryol" klubu heyətini 3 voleybolçu ilə gücləndirib

İki voleybolçu ilə müqavilə müddəti artırılıb

Bakı. 5 iyun. REPORT.AZ/ Bakının "Azəryol" voleybol klubu heyətini 3 əcnəbi voleybolçu ilə gücləndirib. "Report"un klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, bunlar Heyli Ekerman, Cessika Cons və Madison Kinqdondur. 

Ekerman və Cons Puerto Riko, Kinqdon isə ABŞ liqasından transfer olunub. "Azəryol" daha öncə Uanna Buakayev və Nutsara Tomkomla da anlaşıb. 

Bundan başqa klub rəhbərliyi komandanın blokeri Straşimira Filipova və Tabita Lovla müqavilə müddətini artırıb. Rəsmi səhifədə komandaya yeni baş məşqçinin gətirilməsi üçün danışıqların aparıldığı da bildirilir. Bu posta isə türkiyəli mütəxəssis Bülent Karslıoğlunun daha real namizəd olduğu vurğulanır. 

Qeyd edək ki, "Azəryol" gələn mövsüm Azərbaycanı CEV Kubokunda təmsil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi