"Azəryol" klubu CEV Kubokunun 1/8 final mərhələsinə yüksəlib - FOTO

"Azəryol" klubu CEV Kubokunun 1/8 final mərhələsinə yüksəlib - FOTO “Azəryol” komandası CEV kuboku yarışlarının növbəti oyununu keçirib
Komanda
10 Noyabr , 2015 20:03
Azəryol klubu CEV Kubokunun 1/8 final mərhələsinə yüksəlib - FOTO

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanın qadın voleybolçulardan ibarət "Azəryol" klubu CEV Kubokunun 1/8 final mərhələsinə yüksəlib. "Report"un məlumatına görə, baş məşqçi Aleksandr Çervyakovun komandası 1/6 finalda Rumıniyanın "Tarqovitse" klubunu üstələyib.

Voleybol Mərkəzində keçirilmiş cavab görüşündə ilk 3 set "Azəryol"un üstünlüyü ilə tamamlanıb - 3:0 (25:23, 25:23, 25:17). Rumıniyadakı ilk qarşılaşma meydan sahiblərinin eyni hesablı qələbəsi ilə yekunlaşdığından, qalib "tay-breyk" adlanan əlavə setdə müəyyənləşib. Bu setdə də yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan təmsilçisi 15:13 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

"Azəryol"un 1/8 finaldakı rəqibi noyabrın 11-də "Hayfa" (İsrail) - "Salo" (Finlandiya) görüşündən sonra müəyyənləşəcək. Bu komandalar arasındakı ilk görüşdə "Salo" qalib gəlib - 3:0.

Qeyd edək ki, matçı izləyənlər arasında Azərbaycan yığmasının voleybolçuları, Azərbaycan Voleybol Federasiyasının rəsmiləri də olub.

Foto: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi