Bakı. 26 yanvar. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət "Azəryol" komandası CEV Kubokunda Çelenc mərhələsinə vəsiqə qazanıb. "Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 1/4 finalda Polşanın "Polski Kukyer" komandasını üstələyib.
Bu komandalar arasında ötən həftə keçirilmiş ilk oyunda "Azəryol" "tay-breyk"də uduzmuşdu - 2:3. Mərhələ adlamaq üçün Azərbaycan təmsilçisi 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməli idi. 3:2 hesablı qələbə təqdirində isə "qızıl set" təyin olunacaqdı.
Rəqibindən xeyli üstün təsir bağışlayan "Azəryol" 3:0 hesablı möhtəşəm qələbə ilə mərhələ adlayıb. Bununla da komandamız Çelenc mərhələsinə yüksəlib. Növbəti rəqib Çempionlar Liqasında qrup 3-cülərindən biri olacaq.
CEV Kuboku
1/4 final, cavab görüşü
18:00. "Azəryol" (Azərbaycan) - "Polski Kukyer" (Polşa) - 3:0 (25:16, 25:16, 25:20)
Hakimlər: Audrius Qarqasas (Litva), Kristian Eduard Botezatu (Rumıniya)
Voleybol Mərkəzi