Azərbaycanın voleybol yığması dünya çempionatının ilk seçmə oyununda Türkiyəyə uduzub

Azərbaycanın voleybol yığması dünya çempionatının ilk seçmə oyununda Türkiyəyə uduzub Növbəti rəqib Almaniya olacaq
Komanda
24 May , 2017 20:39
Azərbaycanın voleybol yığması dünya çempionatının ilk seçmə oyununda Türkiyəyə uduzub

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirib. "Report"un məlumatına görə, Fransanın Lion şəhərində təşkil olunmuş A qrupunun görüşündə rəqib Türkiyə olub.

Qarşılaşma "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 3:0. Fərid Cəlalovun baş məşqçi olduğu komanda rəqibə ilk 2 setdə ciddi müqavimət göstərsə də, üçüncü setdə təslim olub - 21:25, 21:25, 13:25.

Qrupda ilk turun digər oyunlarında Almaniya ilə Ukrayna, İslandiya ilə Fransa görüşəcək. Sabah keçiriləcək növbəti turun oyununda isə rəqib Almaniya olacaq.

Qeyd edək ki, Azərbaycan və Türkiyə yığmaları "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında da A qrupunda birgə yer alıblar. Lakin mayın 13-də keçirilmiş görüşdə təşkilatçı ölkə yığması qalib olub - 3:2. Həmin qarşılaşmada "ay-ulduzlular" əsas heyətlə çıxış etməyiblər. "Bakı 2017"də kişi voleybolçuların yarışında Azərbaycan gümüş medal qazandığı halda, Türkiyə bürünc medal uğrunda görüşdə uduzaraq, 4-cü yeri tutub.  

Son xəbərlər

Orphus sistemi