Azərbaycanın qadın voleybol millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

Azərbaycanın qadın voleybol millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib Azərbaycan yığması ABŞ, Rusiya, Cənibi Koreya, Tailand və Trinidad və Tobaqo ilə birgə C qrupunda yer alıb
Komanda
7 Dekabr , 2017 11:35
Azərbaycanın qadın voleybol millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

Bakı. 7 dekabr. REPORT.AZ/ 2018-ci ildə Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb. “Report” xəbər verir ki, mundialda mübarizə aparacaq Azərbaycan millisi ABŞ, Rusiya, Cənibi Koreya, Tailand və Trinidad və Tobaqo kollektivləri ilə birgə C qrupunda yer alıb.

Püşkün nəticəsi belə olub:

A qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika

B qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba

C qrupu: Azərbaycan, ABŞ, Rusiya, Cənibi Koreya, Tailand, Trinidad və Tobaqo

D qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya

Qeyd edək ki, 2018-ci il dünya çempionatı Yaponiyanın 6 şəhərində - Yokohama, Hamamatsu, Kobe, Naqoya, Osaka və Sapporoda keçiriləcək. Yarış 29 sentyabr – 20 oktyabr baş tutacaq.

Son xəbərlər

Orphus sistemi