Azərbaycanın gənc cüdoçuları beynəlxalq yarışda 1-ci olublar

Azərbaycanın gənc cüdoçuları beynəlxalq yarışda 1-ci olublar Ümumilikdə 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanılıb
Komanda
29 Yanvar , 2017 23:54
Azərbaycanın gənc cüdoçuları beynəlxalq yarışda 1-ci olublar

Bakı. 29 yanvar. REPORT.AZ/ İtaliyanın Liqnano şəhərində ənənəvi "Alpe Adrea" beynəlxalq cüdo turniri keçirilib.

"Report" xəbər verir ki, 22-ci dəfə baş tutan festivalda Avropanın müxtəlif ölkələrindən 1046 gənc cüdoçu mübarizə aparıb.

Azərbaycan cüdoçuları beynəlxalq yarışda 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Musayev Hacı(55kq), Hüseynov Kəramət(60 kq), İbrahimov İsmayıl(66 kq), Cəfərov Hasil (73 kq) və Mirzəyev Aslan (90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Natiq Qurbanlı (60 kq), Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq), Ayxan Cəfərov (+100 kq) gümüş, Tofiq Məmmədov (60 kq), Murad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir Ağayev (81 kq) bürünc medala sahib olub. Beləliklə 13 medal əldə edən gənclərdən ibarət milli komandamız ümumi hesabda 1-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi