Yuxarı

Azərbaycan yığması Portuqaliya ilə oyuna 3 futzalçı itkisi ilə çıxacaq

Onlar Tailandla görüşdə 13 qoldan 8-ni vurublar

Bakı. 23 sentyabr. REPORT.AZ/ Kolumbiyadakı dünya çempionatında Portuqaliya yığması ilə keçirəcəyi 1/4 final matçında 3 futzalçı Azərbaycan milli komandasına kömək edə bilməyəcək. "Report"un məlumatına görə, bunlar qapıçı Rövşən Hüseynli və braziliyalı legionerlər Fineo və Vassuradır. 

Hər 3 oyunçu Tailand üzərində 13:8 hesablı qələbə qazandıqları 1/8 final görüşündə növbəti sarı vərəqə alaraq, cəzalı duruma düşüblər. Həmin qarşılaşmada onlar üst-üstə 8 qolun müəllifi olublar. Fineo 5, Vassura 2, Hüseynli 1 dəfə fərqlənib. 

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 25-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Kali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi