Azərbaycan yığması Avropa çempionatına hazırlığı Qubada davam etdirəcək

Azərbaycan yığması Avropa çempionatına hazırlığı Qubada davam etdirəcək Qadın voleybolçulardan ibarət milli komanda 10 gün ərzində Qubada məşq edəcək
Komanda
10 iyul 2017 08:45
Azərbaycan yığması Avropa çempionatına hazırlığı Qubada davam etdirəcək

Bakı. 10 iyul. REPORT.AZ/ Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışını Qubada davam etdirəcək.

Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, bu gündən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Quba Tədris-İdman və İstirahət Kompleksində start götürəcək hazırlıq prosesi iyulun 20-dək davam edəcək.

Məşqlərdə ilk “14”lüyə Faiq Qarayev, ikinci komandaya isə Adnan Kistak rəhbərlik edəcək.

Avropa çempionatına hazırlıqla əlaqədar iyulun 22-də Bakıda, 25-də isə Göygöldə test yarışı nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan yığması 22 sentyabr – 1 oktybar aralığında baş tutacaq Avropa çempionatında Almaniya, Macarıstan və Polşa milliləri ilə birgə A qrupunda yer alacaq.

Son xəbərlər

Orphus sistemi