Azərbaycan və Ukraynanın Milli Olimpiya komitələri Anlaşma Memorandumu imzalayıb - ƏLAVƏ OLUNUB

Azərbaycan və Ukraynanın Milli Olimpiya komitələri Anlaşma Memorandumu imzalayıb - ƏLAVƏ OLUNUB Sənədi Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Ukrayna MOK-un prezidenti Sergey Bubka imzalayıb
Komanda
5 May , 2017 12:36
Azərbaycan və Ukraynanın Milli Olimpiya komitələri Anlaşma Memorandumu imzalayıb - ƏLAVƏ OLUNUB
Report.az

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan və Ukraynanın Milli Olimpiya komitələri Anlaşma Memorandumu imzalayıb.

"Report" xəbər verir ki, sənədi Azərbaycan tərəfdən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Ukrayna tərəfdən MOK-un prezidenti Sergey Bubka imzalayıb.

Sənəddə 2017-2021-ci illər üzrə idmanın hər iki tərəf üçün maraq doğuran sahələrinin inkişafı strategiyası əksini tapıb.

"Bizim komitələrimiz sıx əməkdaşlıq edir, problemlərimizi birgə həll etməyə çalışırıq. Ukraynalı atletlər Azərbaycan adından çıxış etmək istəyən zaman Ukrayna MOK həmişə bizə güzəştə gedib", - deyə Ç.Hüseynzadə imza mərasimində bildirib.

O, Azərbaycanın şərəfini qoruyan ukraynalı Mariya Stadnikin yeddinci dəfə Avropa çempionu olduğunu xatırladıb.

"Beynəlxalq federasiyalarda, Beynəlxalq Olimpiya Komitəsində sıx əlaqələrimiz var, Yüngül Atletika federasiyaları qarşılıqlı əməkdaşlıq edir", - vitse-prezident vurğulayıb.

Öz növbəsində, Ukrayna MOK-un prezidenti, Beynəlxalq Atletika Assosiasiyasının vitse-prezidenti Sergey Bubka Olimpiya komitələri arasındakı əlaqələrin yaxın və dostcasına olduğunu qeyd edib.

"Ölkələrimiz, eləcə də prezidentlərimiz arasında səmimi və dostluq münasibətləri mövcuddur", - o deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Azərbaycan idmançıları və idman ilə təcrübə mübadiləsi aparmağa hazırdır və eyni münasibəti Azərbaycan tərəfdən də görür.

S.Bubka Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarını yüksək qiymətləndirib. "Bu unikal hadisə, fantastik uğurdur", - Ukrayna MOK-un prezidenti bildirib.

"İslam Həmrəyliyi Oyunları ərəfəsində sənəd imzalamağımız Avropa Oyunlarından sonra mühüm addımlar atıldığını və ölkədə olimpiya hərəkatının inkişafını göstərir. Hesab edirəm ki, əməkdaşlığımız yalnız möhkəmlənəcək", - S.Bubka əlavə edib.

Son xəbərlər

Orphus sistemi