Yuxarı

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatına seçmə mərhələdən ilk vəsiqəni qazanan komandanın adı müəyyənləşib

Bolqarıstan yığması qrup qalibi kimi bu hüquqa yiyələnib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanda və Gürcüstanda qadın voleybolçular arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatına ilk vəsiqənin sahibi müəyyənləşib.

"Report"un məlumatına görə, Bolqarıstan yığması seçmə mərhələdə E qrupunun lideri kimi mərhələ adlayıb.

Bu komanda İsveçrəni 3:2 hesabı ilə yendikdən sonra axırıncı tur öncəsi xallarını 14-ə çatdırıb və ən yaxın izləyicisi Rumıniyanı 5 xal qabaqlayıb. Beləliklə, son turda qrupda ilk 2 pillənin sahibləri arasında keçiriləcək görüşün nəticəsi heç nəyi dəyişdirməyəcək.

Qeyd edək ki, Avropa çempionatına 6 seçmə qrupun liderləri ilə yanaşı, 2-ci yeri tutanlar arasında keçiriləcək 3 "pley-off" matçının qalibləri də vəsiqə qazanacaq. Çempionat gələn il Azərbaycanda Bakı və Quba şəhərlərində, Gürcüstanda isə Tbilisidə keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi