Azərbaycan taekvondoçuları 9 medal qazandılar - FOTO

Azərbaycan taekvondoçuları 9 medal qazandılar - FOTO İsveçin Helsinqborq şəhərində taekvondo üzrə “Prezident Kuboku” keçirilib.
Komanda
23 Fevral , 2020 00:44
Azərbaycan taekvondoçuları 9 medal qazandılar - FOTO

İsveçin Helsinqborq şəhərində taekvondo üzrə “Prezident Kuboku” keçirilib.

Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, millimiz yarışı 6 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Taekvondoçularımızdan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) bütün rəqiblərə qalib gələrək, çempion tituluna yiyələniblər.

Yalnız finalda uduzan Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) ikinci yeri tutublar. Ramin Əzizov (87 kq) isə bürünc medalla kifayətlənib.

Millimiz yarışlara Azərbaycan Taekvonodo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, eləcə də baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılıb.

Son xəbərlər

Orphus sistemi