Azərbaycan Super Liqasının final mərhələsinin oyununa voleybol komandaları hərbi geyimdə çıxıblar - FOTO

Azərbaycan Super Liqasının final mərhələsinin oyununa voleybol komandaları hərbi geyimdə çıxıblar - FOTO "Lokomotiv" və "Azəryol" Azərbaycan ordusuna dəstək məqsədilə pankart nümayiş etdirib
Komanda
5 Aprel , 2016 15:21
Azərbaycan Super Liqasının final mərhələsinin oyununa voleybol komandaları hərbi geyimdə çıxıblar - FOTO

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün startı verilən Azərbaycan Super Liqasında final mərhələsinin oyunları birdəqiqəlik sükutla başlanıb. "Report"un məlumatına görə, 3-cü yer uğrunda "Azəryol"la "Lokomotiv" komandaları meydana pankartlar və hərbi geyimdə çıxıblar.

Bu zaman "Lokomotiv" voleybolçularının hərbi geyimdə olmaları diqqət çəkib. Onların əlində "Nagorno Karabakh belongs Azerbaijan" ("Dağlıq Qarabağ Azərbaycanındır") pankartı olub. "Azəryol"un voleybolçuları kiçik bayraqlarla və "Biz ordumuzla fəxr edirik" yazılmış parkartlarla olub. Komandanın məşqçilər heyəti hərbi formada meydana çıxıb. Qarşılaşmadan öncə birdəqiqəlik sükut elan olunub və Azərbaycanın dövlət himni səsləndirilib. 

Qeyd edək ki, bu oyunun ardından "Telekom"la "Azərreyl" arasında final görüşü keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi