Azərbaycan şahmat yığması olimpiadaya Qəbələdə hazırlaşır

Azərbaycan şahmat yığması olimpiadaya Qəbələdə hazırlaşır Etyen Bakro: "Əhval-ruhiyyə yüksək səviyyədədir"
Komanda
14 İyul , 2016 12:50
Azərbaycan şahmat yığması olimpiadaya Qəbələdə hazırlaşır

Bakı. 14 iyul. REPORT.AZ/ Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqləri davam etdirir. "Report"un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət Azərbaycanın əsas komandası 15 günlük hazırlıqda iştirak etmək üçün Qəbələyə yollanıb. 

Baş məşqçi Etyen Bakro Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlamasında yığma üzvləri ilə həm debüt, həm də çətin kombinasiyaların həlli üzərində çalışacaqlarını bildirib. O, hazırlıq prosesini müsbət dəyərləndirib: "Ümumilikdə millidə əhval-ruhiyyə yüksək səviyyədədir. Hazırlıq üçün yaxşı şərait yaradılıb. Qəbələdə şahmatçılar həm də idmanla məşğul olurlar. Avqustda yığmanın növbəti təlim-məşq toplanışı keçiriləcək".

Qeyd edək ki, gələn ay Azərbaycan millisinin yoldaşlıq görüşündə iştirak etməsi üçün danışıqlar aparılır. 

Son xəbərlər

Orphus sistemi