Azərbaycan millisinin voleybolçusu: "Faiq Qarayev hər zaman oyunçuları diqqətdə saxlayır"

Azərbaycan millisinin voleybolçusu: "Faiq Qarayev hər zaman oyunçuları diqqətdə saxlayır" "Həmişə Faiq müəllim biz voleybolçuları diqqətdə saxlayır".
Komanda
30 dekabr 2023 11:18
Azərbaycan millisinin voleybolçusu: Faiq Qarayev hər zaman oyunçuları diqqətdə saxlayır

"Faiq müəllim həmişə biz voleybolçuları diqqətdə saxlayır".

Bunu "Report"a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Faiq Qarayevin yenidən baş məşqçi təyin olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı oyunçu bu xəbəri eşidən kimi təcrübəli mütəxəssislə əlaqə saxladığını və onu təbrik etdiyini deyib: "Ölkə xaricində çıxış etsəm də, tez-tez Faiq müəllimlə danışırıq. Hansısa problem olanda hər zaman bizə kömək göstərir".

Rumıniyada "CSM Volei Alba Blaj"ın formasını geyinən voleybolçu yığmada yaxşı oyunçuların olduğunu söyləyib: "Hazırda nəyə nail ola biləcəyimizi demək çətindir. Amma federasiyadakı dəyişiklikləri, qarşıya qoyulan məqsədləri görmək məni sevindirir. Millidə yaxşı rəqabət görmək istəyirəm və inanıram ki, həmin vaxt məqsədimizə çatmaq mümkün olacaq. Heyətə gəlincə, düşünürəm ki, indi hər voleybolçu millimiz üçün çox vacibdir. Mən də əsas heyətə düşmək üçün əlimdən gələni edəcəyəm".

Ruban yığmanın Qızıl Avropa Liqasındakı şanslarından da söz açıb: "Hamının şansı eynidir. Çalışmalı və yaxşı formada olmalıyıq. İstədiyimiz oyunu sərgiləyə bilsək, yüksək nəticə qazanmaq şansımız olacaq".

Son xəbərlər

Orphus sistemi