Azərbaycan millisinin voleybolçusu: "Avropa çempionatında hədəfimiz qrupdan çıxmaqdır"

Azərbaycan millisinin voleybolçusu: "Avropa çempionatında hədəfimiz qrupdan çıxmaqdır" "Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik"
Komanda
21 İyul , 2023 13:19
Azərbaycan millisinin voleybolçusu: Avropa çempionatında hədəfimiz qrupdan çıxmaqdır

"Avropa çempionatında qrupdan çıxacağımıza ümid edirik".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin qadın voleybolçusu Yelizaveta Ruban federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

28 yaşlı oyunçu Serbiya və İtaliya yığmalarının favorit olduqlarını bildirib: "İlkin məqsədimiz qrupdan çıxmaqdır. Voleybolçular hansı səbəbdən burada olduqlarını yaxşı anlayırlar. Tam formaya düşsək, vəzifənin öhdəsindən gələcəyik".

Ruban komanda yoldaşı Olena Xarçenko ilə birlikdə ailəvi məsələlərə görə komandaya daha gec qoşulduğunu söyləyib: "Biz hər gün məşqçilərin təyin etdiyi qrafik üzrə hazırlığımızı davam etdirirdik. Bakıya gələndən sonra bir həftə komandayla məşq keçdik, rejimə uyğun formamızı yığdıq. Hazırda Bosniya və Herseqovinadayıq. Burada yoldaşlıq oyunları keçiririk. Bu matçlar bir-birimizə tam uyğunlaşmaq imkanı verəcək. Çünki, demək olar ki, bir ildir birlikdə oynamırıq, hərə öz klubunda çıxış edib. Komandada vəziyyət yaxşıdır".

O, səhhəti ilə bağlı hər şeyin yaxşı olduğunu diqqətə çatdırıb: "Şükürlər olsun, heç bir zədəm yoxdur. Aktiv şəkildə məşqlərə davam edirəm. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Azarkeşlərə demək istəyirəm ki, bizi tək qoymasınlar, dəstəkləməkdə davam etsinlər. Yarışda daha yaxşı çıxış etmək, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi