Azərbaycan millisinin baş məşqçisi: "Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır"
Komanda
- 13 dekabr, 2024
- 07:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır.
"Report" xəbər verir ki, bunu AVRO-2026-nın əsas mərhələsində İsveçlə üz-üzə gələcək Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov jurnalistlərə açıqlamasında deyib.
O, Bakıda təlim-məşq toplanışı keçən yığmanın qarşıdakı görüşə yüksək səviyyədə hazırlaşdığını söyləyib:
"Heyətimizdə iki zədəli futzalçı var. Emin Kürdov və Kənan Manafov İsçevlə matçda bizə kömək edə bilməyəcəklər. Bununla belə, hazırlıq yüksək səviyyədə davam edir. Yaxşı toplanış keçdik. İsveçə qalib gələ bilərik. Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır".
Qeyd edək ki, Azərbaycan - İsveç oyunu dekabrın 17-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.
Son xəbərlər
08:39
"Bavariya"nın futbolçusu ciddi zədələnib
Futbol
08:12
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
Xarici siyasət
08:04
İran Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Region
07:44
FTB sistemləri bir neçə ay ərzində ikinci dəfə kiberhücuma məruz qalıb
Digər ölkələr
07:04
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
Xarici siyasət
06:55
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin sisteminə kiberhücum olub
Digər ölkələr
06:23
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
Xarici siyasət
05:51
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
Region
05:44
Baş nazir Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir
Digər ölkələr