Yuxarı
    Bağlamaq

    Azərbaycan milli komandasının voleybolçusu "Fənərbağça" ilə müqavilə bağlayıb

    Polina Rəhimova 1 illik anlaşmaya imza atıb

    Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan millisinin və Yaponiyanın "Toyota" klubunun qadın voleybolçusu Polina Rəhimova karyerasını Türkiyənin "Fənərbağça" komandasında davam etdirəcək. 

    "Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanılıb.

    O, 2017-2018 mövsümündə "sarı-lacivərdlilər"in formasını geyinəcək.

    "Fənərbağça" vaxtilə Bakı "Lokomotiv"ində də çıxış etmiş Karli Lloydu da heyətinə qatıb. ABŞ millisinin 28 yaşlı voleybolçu 2 illik anlaşmaya imza atıb.

    Qeyd edək ki, Polina Rəhimova Özbəkistanın Fərqanə şəhərində dünyaya gəlib. O, Azərbaycanın "Nəqliyyatçı", "Azərreyl" klublarında da çıxış edib və dəfələrlə ən faydalı oyunçu seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi