Yuxarı

Azərbaycan klubu Çempionlar Liqasında cavab oyununa çıxır

Rəqib İsveçrənin Volero klubudur

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqasının "pley-off" mərhələsində cavab görüşünü keçirəcək. "Report"un məlumatına görə, səfərdə İsveçrə "Volero"su ilə görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunu qadın hakimlər idarə edəcək. Bugünkü görüşə türkiyəli Nurper Özbar və sloveniyalı Sanya Mikloşiç təyinat alıb.

Bakıda keçirilmiş ilk oyun "Lokomotiv"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisi 6 ən güclü komanda sırasına yüksəlmək üçün səfərdə də qalib gəlməlidir. Meydan sahibləri 3:1 və ya 3:0 hesablı qələbə qazansa, 6 ən güclü komanda sırasına çıxacaq. 3:2 hesablı qələbə təqdirində isə növbəti mərhələyə vəsiqənin sahibi "qızıl set"də müəyyənləşəcək. 

Cütün qalibi növbəti mərhələdə Türkiyənin "Eczaçıbaşı" və "Vakıfbank" komandaları arasındakı görüşlərin qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

1/6 final, cavab görüşü

23:00. "Volero" (İsveçrə) - "Lokomotiv" (Azərbaycan)

Hakimlər: Nurper Özbar (Türkiyə), Sanya Mikloşiç (Sloveniya)

Sürix. "Saalsporthalle".

Qeyd edək ki, daha öncə "Azəryol" CEV Kubokunda yarımfinala yüksələrək, Rusiyanın "Dinamo" (Krasnodar) komandasına rəqib olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi