Azərbaycan idmançıları bu il medal sayında rekord müəyyənləşdiriblər

Azərbaycan idmançıları bu il medal sayında rekord müəyyənləşdiriblər İlin sonuna bir ay qalmış ötənilki göstərici arxada qoyulub
Komanda
2 Dekabr , 2014 13:17
Azərbaycan idmançıları bu il medal sayında rekord müəyyənləşdiriblər

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan idmançıları bu il nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medal sayında yeni rekord müəyyənləşdiriblər. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib. 

Onun sözlərinə görə, ilin ötən 11 ayı ərzində dünya və Avropa çempionatları, eləcə də Dünya Kuboku turnirlərində ümumilikdə 789 medal əldə olunub. Bu isə ötənilki göstəricidən 7 medal çoxdur. M.Rəhimov bildirib ki, hələ bəzi yarışların protokolu nazirliyə təqdim edilməyib. O, bütün yarışlar yekunlaşdıqdan sonra medal sayının 800-ü keçəcəyinə əminliyini bildirib. Bununla belə, nazirlik rəsmisi olimpiya növləri üzrə medal sayının ötən ilə nəzərən az olacağını vurğulayıb. Amma o, hələlik dəqiq sayı bilmədiyini əlavə edib.

Qeyd edək ki, Azərbaycan idmançıları 2013-cü ildə Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 280 qızıl, 233 gümüş və 269 bürünc olmaqla, ümumilikdə 782 medal qazanıblar. Bunlardan 296-sı (101 qızıl, 74 gümüş, 121 bürünc) Olimpiya, 486-sı (179 qızıl, 159 gümüş, 148 bürünc) qeyri-Olimpiya növlərindən əldə olunub. 2012-ci ildə isə idmançılarımız 735 medala (255 qızıl, 244 gümüş, 236 bürünc) sahib olublar. 

Son xəbərlər

Orphus sistemi