Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb

Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazan şəhərində İslam ölkələri arasında keçirilən “Orxis Cup” ikinci beynəlxalq hokkey turnirində növbəti qələbəsini qazanıb.
Komanda
14 May , 2024 12:27
Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb

Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında keçirilən “Orxis Cup” beynəlxalq turnirində növbəti qələbəsini qazanıb.

"Report" Qış İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz İran komandası ilə qarşılaşıb.

Görüş komandamızın 11:6 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, "Baku Flames" ilk oyunda Bəhreyn komandasına 8:3 hesabı ilə qalib gəlib. Tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edən Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Pakistan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparırlar.

Son xəbərlər

Orphus sistemi