Yuxarı

​Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 3-cü yeri tutub

İdmançılarımız 2 qızıl və 1 gümüş medal qazanıblar

Bakı. 23 mart. REPORT.AZ/ Martın 22-də Gürcüstanın paytaxtı Tbilisidə kişi və qadınlar arasında keçirilən cüdo üzrə beynəlxalq turnirə yekun vurulub.

"Report" xəbər verir ki, yarışda ümumi komanda hesabında 1-ci yeri Gürcüstan, 2-ci yeri Monqolustan, 3-cü yeri isə Azərbaycan yığması tutub.

Gürcüstan idmançıları 7 (2 qızıl, 3 gümüş və 2 bürünc), Monqolustan 6 (2 qızıl, 1 gümüş və 2 bürünc) və Azərbaycan 3 (2 qızıl və 1 gümüş) medal qazanıblar.

Turnirdə dünyanın 42 ölkəsindən təqribən 400 cüdoçu iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi