​Azərbaycan cüdoçuları Avropa kubokunu birinci yerdə başa vurub

​Azərbaycan cüdoçuları Avropa kubokunu birinci yerdə başa vurub Milli komanda İspaniyada 10 medal qazanıb
Komanda
15 Fevral , 2016 03:00
​Azərbaycan cüdoçuları Avropa kubokunu birinci yerdə başa vurub

Bakı. 15 fevral. REPORT.AZ/ İspaniyanın Fuenxirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız daha 2 qızıl medal qazanıb.

Oğlanlar arasında Paşa Əliyev (73 kq) və Arif Qasımov (81 kq) Avropa kubokunun qızıl medalına sahib olub. Qızlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan Nərgiz Hacıyeva isə 5-ci yeri tutub.

Bununla da, Azərbaycan millisi Avropa kubokunda 10 medal (5 qızıl, 1 gümüş və 4 bürünc) qazanaraq, komanda hesabında mötəbər turniri birinci yerdə başa vurub.

Son xəbərlər

Orphus sistemi