Azərbaycan cüdoçuları Avropa açıq birinciliyində 2 qızıl və 1 gümüş və 1 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa açıq birinciliyində 2 qızıl və 1 gümüş və 1 bürünc medal qazanıblar Komanda Obervart turnirinin birinci yarış günündən sonra medalların sayı və əyarına görə 1-ci yerdə gedir
Komanda
17 Fevral , 2018 20:17
Azərbaycan cüdoçuları Avropa açıq birinciliyində 2 qızıl və 1 gümüş və 1 bürünc medal qazanıblar
Judo.az

Bakı. 17 fevral. REPORT.AZ/ Avstriyanın Obervart şəhərində start götürən cüdo üzrə Avropa açıq turnirinin ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

“Report” xəbər verir ki, cüdoçularımız beynəlxalq yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan millisinin üzvləri Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) Avstriya turnirində bütün rəqiblərinə qalib gələrək çempion olublar. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. 66 kq çəki dərəcəsində yarışan cüdoçumuz Vüqar Şirinli isə bürünc medal qazanıb. Beləliklə, milli komandamız Obervart turnirinin birinci yarış günündən sonra medalların sayı və əyarına görə bütün rəqiblərini qabaqlayaraq 1-ci yerdə gedir.

Avstriyada keçirilən Avropa açıq turnirində 42 ölkənin 285 cüdoçusu mübarizə aparır. Beynəlxalq yarışa fevralın 18-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi