Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Komanda
6 Yanvar , 2023 15:53
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

“Report” xəbər verir ki, qarşılaşmalar yanvarın 12-də və 13-də baş tutacaq.

Əvvəlcə ayın 12-də kişi voleybolçuların Yüksək Liqasında II turun görüşləri olacaq. Tura saat 16:00-da “Neftçi” - “Xarı bülbül” oyunu ilə start veriləcək. Ardınca 18:00-da MOİK və “Murov” arasında qarşılaşma keçiriləcək. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Yanvarın 13-də isə qadın voleybolçular arasında Yüksək Liqada II tur keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutacaq. Bundan 2 saat sonra “Murov” - UNEC dueli start götürəcək.

Qeyd edək ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turdan sonra aktivinə 3 xal yazdırmış “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-2-ci yerlərdə qərarlaşıblar. “Neftçi” və MOİK-in hələlik xalı yoxdur.

Qadın voleybolçuların yarışında hərəyə 3 xal qazanmış “Azərreyl” və “Murov” turnir cədvəlinə başçılıq edirlər. “Abşeron”la UNEC ilk turu xalsız başa vurublar.

Son xəbərlər

Orphus sistemi