Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub
Komanda
- 09 may, 2023
- 17:44
Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub.
“Report”un məlumatına görə, bu, yarımfinal seriyasının ikinci oyunundan sonra bəlli olub.
Belə ki, Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan” ilə qarşılaşan “Sabah” qələbə qazanaraq ümumi hesabı 2:0-a çatdırıb və həlledici matça vəsiqə qazanıb.
“Futuristlər”in 83:77 hesablı qələbəsi ilə yekunlaşan matçın ən məhsuldar oyunçusu Deymon Makduel olub. “AAAF Xırdalan”ın basketbolçusu matçboyu 34 xal və 4 ribaundluq performans sərgiləyib.
Qalib komandanın heyətində isə Entoni Patti 25 xal, 7 riabundla qələbəyə töhfə verib.
Qeyd edək ki, yarımfinal seriyasının digər matçında “Gəncə” NTD ilə mübarizə aparır. İki komanda arasındakı ilk matç gəncəlilərin 101:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
13:19
Orxan Həsənoğlu: Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları üçün cinayət tərkibli materiallar yoxdur
Hadisə13:06
Yuliya Eqel: "Azərbaycanın enerji transformasiyasında alman texnologiyalarına tələbat var"
Biznes13:05
Yuliya Kərimova: "Avropa çempionatı çox vacib və xüsusi yarışdır"
Komanda13:03
Alen Simonyan Hikmət Hacıyevlə danışıqlar və Bakıya mümkün səfəri barədə danışıb
Region13:00
Paşinyan: Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımır
Region12:49
BMT rəsmisi: Azərbaycanda minatəmizləmə ərazilərin gələcək təyinatı nəzərə alınmaqla həyata keçirilir
Xarici siyasət12:47
Berlin və Bakı enerji sahəsində əməkdaşlığı müzakirə edəcək
Energetika12:44
Putin: ABŞ ilə münasibətlərin bərpasına ümid edirik
Digər ölkələr12:41
Foto