Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib - YENİLƏNİB

Digər ölkələr
  • 05 oktyabr, 2026
  • 22:46
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib - YENİLƏNİB

Pakistanlı general-leytenant Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra birgə bəyanatda bildirilib.

Tərəflər Məkkə və Mədinəni hədəf almağa yönəlmiş cəhdi və Səudiyyə Ərəbistanındakı şəhərlər, mülki və iqtisadi obyektlərə hücumları ən sərt ifadələrlə qınayıblar.

Bəyanatda Səudiyyə Ərəbistanına yönəlmiş hücumlara qarşı ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünü qoruyarkən silahlı qüvvələrin nümayiş etdirdikləri peşəkarlıq qabardılıb.

Pakistan, Səudiyyə Ərəbistanı ilə Türkiyə Məkkə sazişi çərçivəsində müdafiəyə qəti sadiqdir və təhdidlərlə mübarizədə vahid mövqedən çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin Ər-Riyadda keçirilən növbəti iclasının yekunlarına dair "X" sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir.

"Komitə kollektiv müdafiə öhdəliklərinin dərhal praktiki icrasına keçməyə və zəruri tədbirlər görməyə qərar verib", - Pakistan XİN-dən bildirilib.

Hər bir tərəfin təhlükəsizliyinin üç ölkənin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu təsdiqlənib. İclasın Səudiyyə Ərəbistanı Krallığının üzləşdiyi təhlükəsizlik prosesləri (husilərin hücumları) və təhdidləri həll etmək məqsədilə keçirildiyi vurğulanıb:

"Tərəflər həmçinin Məkkə və Mədinəni hədəf alma cəhdini, eləcə də Krallıqdakı şəhərlər, mülki və iqtisadi obyektlərə davamlı hücumları ən kəskin şəkildə qınayaraq, Krallığın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı hücumu və ya təhdidi birmənalı şəkildə rədd etdiklərini bir daha təsdiqləyiblər".