Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib.
Komanda
7 Dekabr , 2022 22:01
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib.

Basketbol Federasiyasından “Report”a verilən məlumata görə, turun ilk oyunu bu gün "Sərhədçi" İdman Mərkəzinin idman zalında baş tutub.

"Sabah BK" və "AAAF Xırdalan BK" arasında keçirilən qarşılaşma ikincilər qalib gəlib.

Son topa qədər davam edən oyunda "AAAF Xırdalan BK" rəqibi üzərində 82-84 hesablı qələbəyə sevinib. Qarşılaşmanın ən məhsuldar basketbolçuları "AAAF Xırdalan BK"dan Endryu Korum (32 xal, 17 ribaund), "Sabah BK"dan isə Entoni Patti (23 xal, 12 ribaund) olub.

Qeyd edək ki, 9-cu turun digər oyunları ("NTD BK" - "Olimpik Şəki BK", "Neftçi İK" - "Sərhədçi PİK", "Gəncə BK" - "Zirvə Astara BK") 10-11 dekabr tarixlərində "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi