Azərbaycan Basketbol Liqası: XVII turun açılış oyunu sükutla başlayıb

Azərbaycan Basketbol Liqası: XVII turun açılış oyunu sükutla başlayıb Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.
Komanda
8 Fevral , 2023 21:19
Azərbaycan Basketbol Liqası: XVII turun açılış oyunu sükutla başlayıb

Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda NTD və "Zirvə Astara" komandaları üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən matçdan öncə Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş insanların xatirəsi hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.

Oyuna üstün başlayan NTD basketbolçuları yekunda parketdən 92:79 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular NTD-dan Londel Kinq (36 xal, 11 ribaund), "Zirve Astara"dan isə Ruşard Kruikşenk (23 xal, 2 asist) olub.

Qeyd edək ki, turun "Gəncə" - "AAAF Xırdalan", "Olimpik Şəki" - "Sərhədçi PİK" və "Sabah" - "Neftçi İK" görüşləri müvafiq olaraq, 11, 12 və 13 fevralda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi