Azərbaycan Basketbol Liqası: "Xırdalan" çətin qələbə qazanıb
Komanda
- 03 aprel, 2024
- 18:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Basketbol Liqasında 16-ci tura start verilib.
"Report" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan turun açılış oyununda "Xırdalan" və "Sərhədçi" klubları üz-üzə gəliblər.
Pley-off zonasında qərarlaşan "Xırdalan" məhsuldar oyunun yekununda rəqibini üzərində 112:105 hesablı qələbəyə sevinib. Məğlubiyyətə baxmayaraq, "Sərhədçi" pley-off şanslarını davam etdirir.
Ən məhsuldar basketbolçular "Xırdalan"dan Cakori Arçi (35 xal, 5 asist), "Sərhədçi"dən Cəbrayıl Əkbərov (29 xal, 6 ribaund) olublar.
Qeyd edək ki, 16-cı turun digər oyunları ("Sabah" - "Şəki", "Gəncə" - "Cəlilabad", "Sumqayıt" - "Xəzri", "NTD-İndiqo" - "Neftçi") 4, 5, 6 və 7 aprel tarixlərində baş tutacaq.
Son xəbərlər
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr
23:17
Pərviz Şahbazov: Azərbaycanla Ukraynanın siyasi münasibətləri iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır
Xarici siyasət
23:17
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Xarici siyasət
23:17
Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik
Xarici siyasət
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region
22:48
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət