Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Komanda
  • 21 dekabr, 2022
  • 17:09
Azərbaycan Basketbol Liqası: Açılış oyununda Sabah qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında XI tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Gəncə" və "Sabah" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 81:73 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular "Gəncə"dən Kolin Törner (16 xal, 6 asist) və "Sabah"dan Kamran Məmmədov (22 xal, 7 ribaund ) olub.

Qeyd edək ki, turun digər oyunlarında "AAAF Xırdalan" və NTD, "Sərhədçi PİK" və "Zirvə Astara", "Olimpik Şəki" və "Neftçi İK" komandaları qarşılaşacaqlar. Görüşlər 24 və 25 dekabrda baş tutacaq.

44 filmi