Avropa çempionatı: Azərbaycan komandaları Macarıstan və Almaniya ilə görüşəcək

Avropa çempionatı: Azərbaycan komandaları Macarıstan və Almaniya ilə görüşəcək Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün IV turun görüşləri keçiriləcək
Komanda
15 Noyabr , 2021 02:56
Avropa çempionatı: Azərbaycan komandaları Macarıstan və Almaniya ilə görüşəcək

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün IV turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Macarıstanla qarşılaşacaq. Hazırda hər iki komandanhərəyə 6 xalla ilk 2 pillədə yer alıb.

Qadın yığması isə Almaniya ilə üz-üzə gələcək. Bu komanlar isə hazırda 4 xala malik 8 ölkə ilə birlikdə 5 - 12-ci yerlərdə gedirlər.

Qeyd edək ki, III turda Azərbaycanın kişilərdən ibarət komandası Almaniyaya 2,5:1,5 hesabı ilə qalib gəlib. Qadın millisi isə Gürcüstana uduzub - 1:3.

Son xəbərlər

Orphus sistemi