Avropa çempionatı: Azərbaycan yığmaları Almaniya və Gürcüstana rəqib olub

Avropa çempionatı: Azərbaycan yığmaları Almaniya və Gürcüstana rəqib olub Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün III turun görüşləri keçiriləcək.
Komanda
282
14 Noyabr , 2021 00:54
Avropa çempionatı: Azərbaycan yığmaları Almaniya və Gürcüstana rəqib olub

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün III turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, ilk iki turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə də güclü rəqiblərlə üz-üzə gələcəklər.

Kişilərdən ibarət komanda Almaniya ilə, qadın yığması isə Gürcüstanla qarşılaşacaq.

Qeyd edək ki, ilk iki turda kişilər İtaliya və Serbiyanı, qadınlar Türkiyə və İsveçi məğlub edib. Hazırda Azərbaycanın kişilərdən ibarət komandası 1-ci, qadın millisi isə 2-ci yerdə gedir.

Son xəbərlər

Orphus sistemi