​Ağsu Şahmat Məktəbi yenidənqurmadan sonra istifadəyə verilib

​Ağsu Şahmat Məktəbi yenidənqurmadan sonra istifadəyə verilib Açılış mərasimində Azərbaycan prezidenti də iştirak edib
Komanda
205
17 Sentyabr , 2015 23:02
​Ağsu Şahmat Məktəbi yenidənqurmadan sonra istifadəyə verilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 17-də yenidənqurma işlərindən sonra Ağsu Şahmat Məktəbinin açılışında iştirak edib.

"Report"un məlumatına görə, prezidentə məlumat verilib ki, ümumi sahəsi 430 kvadratmetr olan Ağsu Şahmat Məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb.

Məktəbdə şahmat dərslərinin keçirilməsi zəruri avadanlıqla təchiz olunan əsas yarış zalı, 2 tədris sinfi, müəllimlər otağı və xidməti otaqlar var. Burada şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter guşəsi yaradılıb. Bu da dərslərin müasir innovativ vasitələrin köməyi ilə keçirilməsinə və ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Şahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Onu da deyək ki, Ağsu idmançıları son illərdə respublika və beynəlxalq şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülüblər.

Məktəblə tanışlıqdan sonra İlham Əliyev ərazidə salınan Şahmat parkına da baxıb.

Burada sakinlərin, eləcə də məktəbə gələnlərin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda açıq hava şəraitində şahmat taxtası qurulub, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi